Xəzər Xəbər

"Mançester Siti" 92.5 milyon avroluq transferə hazırlaşır

İdman | 15:21 • 9 Mart 2020
"Mançester Siti" 92.5 milyon avroluq transferə hazırlaşır

"Mançester Siti"klubu yay transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir.

İngiltərə mediası xəbər verir ki, "şəhərlilər" "İnter"in müdafiəçisi Milan Şkriniyarı əsas transfer hədəfi seçib. Baş məşqçi Pep Qvardiolanın sərəncamında görmək istədiyi əsas oyunçulardan olan slovakiyalı futbolçu üçün "Mançester Siti" qarşı tərəfə 92.5 milyon avro təklif edir.

Bu mövsüm zədə ucbatından demək olar ki, Aymerik Laporun xidmətindən məhrum olan İngiltərə təmsilçisi 25 yaşlı müdafiəçi ilə güclənmək niyyətindədir.

Qeyd edək ki, sözügedən futbolçu 2017-ci ildə "Sampdoriya"dan "İnter"ə transfer edilib.

Xəbər lenti