Xəzər Xəbər

"Liverpul" futbolçunu alıb, sonra geri qaytaracaq

İdman | 15:16 • 9 Mart 2020
"Liverpul" futbolçunu alıb, sonra geri qaytaracaq

"Liverpul” "Leypziq”də çıxış edən almaniyalı forvard Timo Verneri heyətinə qatmağa hazırlaşır.

Almaniya mətbuatı xəbər verir ki,"qırmızılar” hücumçu ilə mövsümün sonunda müqavilə imzalayıb, daha sonra 1 illik "Leypziq"ə icarəyə verəcək. Buna səbəb hücum xətti Salah, Mane və Firmino kimi oyunçulardan ibarət olan "Liverpul”un futbolçunun ehtiyatda qalmasını istəməməsidir.

Qeyd edək ki, Verner bu mövsüm komandası ilə keçirdiyi 35 oyunda 27 qol vurub.

Xəbər lenti