Xəzər Xəbər

"Liverpul"a görə "Mançester Yunayted"in təklifini 1 saniyə də düşünmədim"

İdman | 14:52 • 9 Mart 2020
"Liverpul"a görə "Mançester Yunayted"in təklifini 1 saniyə də düşünmədim"

Qış fasiləsində "Yuventus"dan Dortmund "Borussiya"sına keçən Əmrə Can transferi ilə bağlı açıqlama verib.

Almaniya millisinin üzvü transfer dönəmində "Mançester Yunayted"ə keçməkdən imtina etdiyini deyib:

"Borussiya"dan təklif gələndə çox düşünmədim. Qərarımdan peşman deyiləm. İngiltərədən 3 klub təklif göndərmişdi. "Mançester Yunayted" də məni istəyən klublar arasında idi. Ancaq mən "Liverpul"luyam, bunu qəbul etməyi 1 saniyə də düşünmədim".

26 yaşlı yarımmüdafiəçi Dortmund təmsilçisində 7 oyun keçirib, 1 qol vurub.Türk əsilli oyunçu 2014-2018-ci illərdə "Liverpul"da çıxış edib.

Xəbər lenti