Xəzər Xəbər

Benzema qol sayında Puşkaş və Etooya çatıb

İdman | 14:20 • 9 Mart 2020
Benzema qol sayında Puşkaş və Etooya çatıb

İspaniyanın "Real” klubunun futbolçusu Kərim Benzema La Liqanın XXVII turunun "Betis”lə oyununda (1:2) növbəti qolunu vuraraq həm çempionatın legionerləri, həm klub tarixinin bombardirləri siyahısında 5-ci yerə şərik olub.


Fransalı La Liqada 162-ci dəfə fərqlənib.


O, çempionatda ən çox qol vuran əcnəbilər arasında 5-ci olan Samuel Etooya çatıb. İlk 4 pillədə isə Lionel Messi (438), Kriştianu Ronaldo (311), Uqo Sançes (234) və Alfredo di Stefano (227) qərarlaşıb.


32 yaşlı forvardın "Real”dakı ümumi qol sayı 241-ə çatıb. O, əfsanəvi Ferems Puşkaşa şərik çıxıb. Bu göstəricidə mütləq rekord Kriştianu Ronaldoya məxsusdur – 450 qol.

Xəbər lenti