Xəzər Xəbər

PSJ - "Borussiya" oyunu azarkeşsiz keçiriləcək

İdman | 11:43 • 9 Mart 2020
PSJ - "Borussiya" oyunu azarkeşsiz keçiriləcək

Çempionlar Liqasının 1/8 final mərhələsininPSJ -"Borussiya" (Dortmund) oyunu azarkeşsiz keçiriləcək.

Buna səbəb koronovirusun sürətlə yayılmasıdır. Bu səbəbdən Parisdəki "Park de Prens"də keçiriləcək qarşılaşmaya azarkeşlər buraxılmayacaq.

Qarşılaşma martın 11-i baş tutacaq. İlk görüşdə Dortmund klubu 2:1 hesablı qələbə əldə edib.

Xəbər lenti