Xəzər Xəbər

"Real"dan De Xea üçün fantastik məbləğ!

İdman | 17:18 • 8 Mart 2020
"Real"dan De Xea üçün fantastik məbləğ!

Madrid "Real"ı yay transfer pəncərəsində qapı xəttini də gücləndirmək niyyətindədir.

İngiltərə mediası xəbər verir ki, "kral klubu" "Mançester Yunayted"in ispaniyalı qapıçısı David De Xeaya "elçi" düşüb. "Real" 29 yaşlı qolkiperin transferini tezliklə bitirmək istəyir.

İspaniya təmsilçisi bu keçid üçün qarşı tərəfə 81 milyon avro təklif edir.

Qeyd edək ki, De Xea 2011-ci ildə Madridin digər təmsilçisi "Atletiko"dan "Mançester Yunayted"ə transfer edilib.

Xəbər lenti