Xəzər Xəbər

FİFA futbolda inqilabi dəyişiklər edir - SİYAHI

İdman | 17:10 • 8 Mart 2020
FİFA futbolda inqilabi dəyişiklər edir - SİYAHI

FİFA futbolda gözlənilməz dəyişiklər etməyi planlaşdırır.

Beynəlxalq futbol təşkilatı yeni qaydaları Almaniya, Niderland, ABŞ, İngiltərə və Belçikada sınaqdan keçirtmək niyyətindədir.

FİFA bu ölkələrdə aşağıdakı 5 yeniliyi test edəcək:

1.Autun ayaqla istifadə olunması: Top bu zaman sərbəst zərbədə olduğu kimi oyuna daxil ediləcək.

1095954 copy

2.Sərbəst zərbə vuran futbolçu topla rahat hərəkət, özünə ötürmə verə, hətta driblinq edə biləcək.

1095958

3.Vaxt cəzası: Sarı vərəqə olan oyunçu ikinci sarı göstərilmədən 2, 5 və ya 10 dəqiqə meydandan kənarlaşdırılıb, yenidən meydana buraxılacaq.

1095955

4. Dayandırma vaxtı: Basketbolda olduğu kimi, oyun dayansa, saat da dayandırılacaq.

1095957 1

5.Limitsiz əvəzetmələr: Məşqçilər oyunçuları istədikləri qədər dəyişdirə biləcəklər.

fifa fourth substitution extra time rio olympics 2016 1458306514 800 copy

Bu təcrübənin əvvəlcə gənc komandalarda sınaqdan keçirilməsi planlaşdırılır. Uğurlu olduğu halda, həvəskar və kubok yarışlarında testlər keçiriləcək. Hətta Erediviziyada sınaqların olacağı bildirilir.

Xəbər lenti