Xəzər Xəbər

Zidan "Yuventus"un baş məşqçisi ola bilər

İdman | 12:15 • 8 Mart 2020
Zidan "Yuventus"un baş məşqçisi ola bilər

"Real”ın baş məşqçisi Zinəddin Zidan İtaliyada çalışa bilər.

"Yuventus” baş məşqçisi Mauritsio Sarrini fransalı mütəxəssislə əvəzləmək niyyətindədir.

Klubun prezidenti Andrea Anyellinin Zidanla yaxşı münasibətdə olduğu və onun rəhbərliyi altında komandanın Çempionlar Liqasını qazanacağına ümid etdiyi bildirilir.

Turin klubunun Zidana ildə 8 milyon avro olmaqla, üç illik müqavilə təklif etməyə hazır olduğu deyilir. Bundan başqa, "Yuventus” Zidan üçün "Real”a təzminat məbləği ödəmək fikrində deyil.

"Real”ın da mövsümün sonunda Zidanla yollarını ayırmaq istədiyi deyilir. Onun "kral klubu” ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Xəbər lenti