Xəzər Xəbər

Taekvondoçularımız Hollandiyada 7 medal qazandı

İdman | 11:03 • 8 Mart 2020
Taekvondoçularımız Hollandiyada 7 medal qazandı

Hollandiyanın Eydhoven şəhərində keçirilmiş "Dutch Open” turnirində Azərbaycan millisi 7 medal qazanıb.

Federasiyanın mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, sayca 47-ci dəfə təşkil olunmuş G1 kateqoriyalı yarşıda medallardan 4-ü qızıl, 2-si gümüş, 1-i isə bürünc əyarlı olub.

Qaşım Maqomedov (58 kq), Milad Beigi (80 kq), Radik İsayev (87 kq yuxarı) və Fəridə Əzizova (67 kq) turnirin qalibi olub. Cavad Ağayev (68 kq) və Payam Qobadi Oğaz (87 kq) yalnız finalda, Bəhruz Quluzadə (54 kq) isə yarımfinalda uduzub.

Qeyd edək ki, Azərbaycan millisi baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında Hollandiyadan birbaşa Belçikanın Lommel şəhərinə yollanıb. Komanda üzvləri 14-15 martda G2 kateqoriyalı açıq çempionata qatılacaqlar.

Xəbər lenti