Xəzər Xəbər

Ronaldinyo həbs olundu

İdman | 13:21 • 7 Mart 2020
Ronaldinyo həbs olundu

Braziliyalı sabiq futbolçu Ronaldinyo qardaşı Roberto ilə birlikdə Paraqvayda həbs olunub.


Trend-in məlumatına görə, ötən gün Baş Prokurorluq futbolçunun həbsi üçün order verib.


Bu gün Ronaldinyonun məhkəmə qarşısına çıxarılacağı deyilir. Hakim istintaq müddətində futbolçunun həbsdə qalıb-qalmaması barədə qərar verəcək.


Qeyd edək ki, martın 4-də Paraqvayda Ronaldinyo və Robertonun yerləşdikləri hotel nömrəsində keçirilən axtarış zamanı futbolçunun və qardaşının adına saxta pasportlar aşkar edilib.


Bildirilir ki, 2018-ci ildə Ronaldinyo vergilərin ödənilməməsi səbəbindən xarici pasportdan məhrum edilib.

Xəbər lenti