Xəzər Xəbər

Teymur Rəcəbov iddiaçılar turnirində çıxışdan imtina edib

İdman | 14:21 • 6 Mart 2020
Teymur Rəcəbov iddiaçılar turnirində çıxışdan imtina edib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov iddiaçılar turnirində çıxışdan imtina edib.


Xezerxeber.az Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, şahmatçı şəxsi səbəblərdən bu turnirdə iştirak etməyəcəyinə qərar verib. Şahmatçı bu barədə FIDE-ni xəbərdar edib.


Teymur Rəcəbovu turnirdə on iki ay ərzində ən yüksək orta reytinqə sahib olan fransalı şahmatçı Maksim Vaşe-Laqrav əvəz edəcək. Oyunçu artıq məlumatlandırılıb və turnirdə iştirak etməyə hazırdır.


Qeyd edək ki, Teymur Rəcəbov 2019-cu ildə keçirilmiş dünya kubokunun sahibi olmaqla iddiaçılar turnirində iştirak hüququ da qazanmışdı.


İddiaçılar turnirində amerikalı Fabiano Karuana, Çinin iki təmsilçisi - Liren Dinq və Hao Yanq, rusiyalı şahmatçılar Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Kiril Alekseyenko, Niderland təmsilçisi Aniş Giri və fransalı Maksim Vaşe-Laqrav iştirak edəcəklər. Turnir martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.

Xəbər lenti