Xəzər Xəbər

UEFA-nın yeni turnir planı: Yay Çempionlar Liqası

İdman | 17:27 • 5 Mart 2020
UEFA-nın yeni turnir planı:

UEFA yeni turnirin təşkilindəmaraqlıdır.

"Daily Mail" xəbər verir ki, UEFA və ABŞ-ın "Relevent Sport" şirkəti Beynəlxalq Çempionlar Kubokunun formatını dəyişmək istəyirlər. 2021-ci ildən bu turnirin əvəzinə Yay Çempionlar Liqası keçirilə bilər. Tərəflər bununla bağlı danışıq aparır.

Turnirdə təsnifat, qrup və pley-off sistemi olacaq. Yeni layihə İngiltərə klublarına təqdime dilib. "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul" və "Tottenhem" turnirin formatını bəyənib.

"Relevent Sport" Beynəlxalq Çempionlar Kubokunun təşkilatçısıdır. Bu turnir 2013-cü ildən yay aylarında təşkil olunur.

Xəbər lenti