Xəzər Xəbər

İngilis nəhəngləri Ceydon Sançoya görə transfer rekordunu qırmağa hazırlaşır

İdman | 17:28 • 4 Mart 2020
İngilis nəhəngləri Ceydon Sançoya görə

Dortmund "Borussiya"sının vinqeri Ceydon Sançonun transfer qiyməti artmaqdadı.


Sançonun formada olması "Mançester Yunayted", "Çelsi" və "Liverpul"u Premyer Liqa transfer rekordunu qırmağa məcbur edə bilər. "Bild"in məlumatına görə, 19 yaşlı futbolçunun transfer bazarındakı dəyəri artıq 140 milyon avro təşkil edir.


İngiltərə nəhəngləri - "Mançester Yunayted", "Çelsi" və "Liverpul" ciddi şəkildə Sanço ilə maraqlanırlar. Cari mövsümdə 33 matçda meydana çıxan ingilis oyunçunun aktivində 17 qol və 18 məhsuldar ötürmə var.


Premyer Liqanın transfer rekordu "Mançester Yunayted"ə məxsusdu. "Qırmızı şeytanlar" 2016-cı ildə 105 milyon avro qarşılığında Pol Poqbanı heyətinə qatmışdı.


Fanat.Az

Xəbər lenti