Xezerxeber.az xəbər verir ki, "Medical Park Arena”da keçirilən oyun qarşılıqlı hücumlarla yadda qalıb. Görüşün 46-cı dəqiqəsində meydan sahiblərinin hücumçusu Aleksandr Sorlot hesabı açıb. Trabzon təmsilçilərinin müdafiəçisi Filip Novak 66-cı dəqiqədə hesab arasındakı fərqi artırıb. Matçın 82-ci dəqiqəsində qonaq komandanın hücumçusu Vedat Muruqi fərqlənsə də, istanbulluların bundan artığına gücləri çatmayıb.
Beləliklə, görüş 2:1 hesabı ilə "Trabzonspor"un xeyrinə bitib.
Yarımfinal mərhələsinin digər oyunu martın 4-də "Antalyaspor” ilə "Alanyaspor” komandaları arasında keçiriləcək. Cavab qarşılaşmaları isə aprelin 21-22-də oynanılacaq.