"Fənərbaxça" baş məşqçisi Ersun Yanalla yollarını ayırıb.
XəzərXəbər xəbər verir ki, bu barədə klub rəhbərliyi açıqlama yayıb. Açıqlamada bildirilib ki, öz istəyi ilə Ersun Yanalla yollar ayrılıb.
Eyni zamanda, istefasına baxmayaraq baş məşqçi Türkiyə kuboku çərçivəsində keçiriləcək "Trabzonspor" - "Fənərbaxça" matçında komandanın başında olacaq.