Xəzər Xəbər

İspaniya La Liqasının 26-cı turunun mərkəzi qarşılaşması keçiriləcək

İdman | 09:59 • 1 Mart 2020
İspaniya La Liqasının 26-cı turunun mərkəzi qarşılaşması keçiriləcək

Martın 1-də İspaniya La Liqasının 26-cı turunun mərkəzi qarşılaşması keçiriləcək.


Xezerxeber.az xəbər verir ki, La Liqanın ən maraqlı qarşılaşması "Real Madrid”–"Barselona” oyunu olacaq. "Santiaqo Bernabeu” stadionunda oynanılacaq "El klassiko” Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Hazırda aktivində 55 xal olan "Barselona” turnir cədvəlinin vahid lideridir. Madridlilər isə 53 xalla ikinci yerdə qərarlaşıblar. "Barselona” və "Real Madrid”in çempionatdakı ən yaxın izləyicisi "Real Sosyedad”in 43 xalı var.

Bu, La Liqada 180-ci "El klassiko” olacaq. İndiyədək keçirilən görüşlərdə hər iki komanda 72 dəfə qalib gəlib. Otuz beş oyun heç-heçə başa çatıb.

Xəbər lenti