Xəzər Xəbər

İtaliya A Seriyasının 26-ci turunun oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 09:32 • 1 Mart 2020
İtaliya A Seriyasının 26-ci turunun oyunları keçirilib -

Fevralın 29-da İtaliya A Seriyasının 26-ci turunun oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Napoli” öz meydanında "Torino” klubu qəbul edib.


Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Neapol təmsilçisinin heyətində Konstantinos Manolas və Di Lorenzo fərqləniblər. Turin təmsilçisinin isə yeganə qolunu Simon Edera vurub.

Bu qələbədən sonra xal ehtiyatını 39-a çatdıran "Napoli” altıncı, "Torino” isə 27 xalla 15-ci yerdə qərarlaşıb.

Turun digər oyununda "Latsio” öz meydanında "Bolonya”ya uduzub - 2:0.

A Seriyasının rəsmən bu həftə baş tutmalı olduğu "Yuventus”-"İnter”, "Milan”-"Genoa”, "Parma”- SPAL, "Sassuolo”-"Breşiya” və "Udineze”-"Fiorentino” oyunları təxirə salınıb.

Görüşlər mayın 13 keçiriləcək.

Xəbər lenti