Xəzər Xəbər

İngiltərə Premyer Liqasının 28-ci turunun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 09:22 • 1 Mart 2020
İngiltərə Premyer Liqasının 28-ci turunun növbəti oyunları keçirilib -

Fevralın 29-də İngiltərə Premyer Liqasının 28-ci turunun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, turun gözlənilməz hesabı "Vicarage Road” stadionunda qeydə alınıb. Cari mövsüm məğlub olmayan və turnir cədvəlinin lideri "Liverpul” səfərdə "Vatford” komandasının qonağı olub.


Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Birinci hissədə azarkeşlər qol görməsə də fasilədən sonra "Vatford” iyirmi dəqiqə ərzində ardıcıl üç dəfə "Liverpul”un qapısına yol tapıb. İsmaila Sarr (2) və Troy Dini fərqləniblər.


Bu məğlubiyyət sonra Mersessayd təmsilçisinin 79-xalla birinci, "Vatford” isə 27 xalla 18-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, tura fevralın 28-də "Norviç Siti” - "Lester Siti” oyunu ilə start verilib. Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0.

Turun birinci oyun günündə aşağıdakı hesablar qeydə alınıb:

"Brayton” - "Kristal Palas” - 0:1;

"Bormunt” - "Çelsi” - 2:2;

"Nyukasl Yunayted” - "Börnli” - 0:0;

"Vest Ham Yunayted” - "Southemton” - 3:1.

Xəbər lenti