Xəzər Xəbər

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb

İdman | 16:24 • 28 Fevral 2020
 UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb

Fevralın 28-də futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkü atılıb.


Xezerxeber.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində rəqiblər müəyyənləşib.


Səkkizdəbir final cütlərinin tərkibi kor püşk nəticəsində müəyyənləşib. Yəni, püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərinə ayrılmayıb, eyni ölkə təmsilçilərinin bir-biri ilə düşmələrinə heç bir məhdudiyyət qoyulamyıb.


Püşkatmanın nəticələri aşağıdakı kimidir:


"Başakşehir” (Türkiyə) - "Kopenhagen” (Danimarka);


"Olimpiakos” (Yunanıstan) - "Vulverhempton” (İngiltərə);

"Qlazqo Reyncers” (Şotlandiya) - "Bayer Leverkusen” (Almaniya);


"Volfsburq” (Almaniya) - "Şaxtyor Donetsk” (Ukrayna);


"İnter” (İtaliya) - "Xetafe” (İspaniya);


"Sevilya” (İspaniya) - "Roma” (İtaliya);


"Ayntraxt” (Frankfurt, Almaniya) / "Zaltsburq” (Avstriya) cütünün qalibi - "Bazel” (İsveçrə);


LASK (Avstriya) - "Mançester Yunayted” (İngiltərə).


İlk oyunlar martın 12-də, cavab görüşləri isə martın 19-da olacaq.


Xatırladaq ki, UEFA Avropa Liqasının final matçı Polşanın "Leqiya” klubunun ev oyunlarını keçirdiyi Qdansk şəhərindəki "PGE Arena”da baş tutacaq.


Xəbər lenti