Xəzər Xəbər

İstanbul derbisi: "Fənərbağça" "Qalatasaray"la qarşılaşacaq

İdman | 16:37 • 23 Fevral 2020
İstanbul derbisi:

Fevralın 23-də futbol üzrə Türkiyə Super Liqasının 23-cü turun mərkəzi qarşılaşması keçiriləcək.

"Şükrü Saracoğlu” stadionunda baş tutan görüşdə iki əzəli rəqib "Fənərbaxça” və "Qalatasaray” komandaları üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu, iki komanda arasında 391-ci görüş olacaq. "Qalatasaray” əzəli rəqibini 1999-cu ildən səfərdə yenə bilmir.

Hazırda "sarı-qırmızılar” 42 xalla 4-cü, "sarı-lacivərdlilər” isə 38 xalla 6-cı pillədə qərarlaşıb. "Cim-Bom” bu gün qələbə qazanacağı təqdirdə, lider "Trabzonspor” və "Sivasspor”la xallarını bərabərləşdirəcək.

Qeyd edək ki, bu tur "Trabzonspor” klubu "Beşiktaş”la səfər matçından 2:2 hesablı heç-heçə ilə ayrılıb. "Sivasspor” isə "Alanyaspor”a qalib gəlib - 1:0.

Xəbər lenti