Xəzər Xəbər

Qvardiola Bartomeunu susdurdu "Səsini yüksəltmə, “Barselona”

İdman | 18:17 • 20 Fevral 2020
Qvardiola Bartomeunu susdurdu

Pep Qvardiola UEFA-nın "Mançester Siti”ni 2 illik avrokuboklardan kənarlaşdırılmasını dəstəkləyən Bartomeunu sərt tənqid edib.

"Mançester Siti”nin baş məşqçisi"Barselona”nın prezidenti Xosep Bartomeunun cavabını verib.

O, Beynəlxalq Arbitraj Məhkəməsinin (CAS) cəzanı ləğv edəcəyinə inandığını bildirib: "Onlar məni yaxşı tanıyırlar. Əgər bizim cəzalandırılmağımızdan xoşbəxtdirlərsə, "Barselona” prezidentinə "bizə 1-2 etiraz haqqı verin” deyirəm. Səsini yüksəltmə, "Barselona”. Onlara tövsiyəm budur, çünki hamı bu işin içindədir. Ümid edirəm ki, cəzamız ləğv olunar və gələcəkdə Çempionlar Liqasında "Barselona” ilə qarşılaşarıq”.

Qvardiola həmçinin aşağı liqaya göndəriləcəkləri təqdirdə belə, qovulmadığı müddətdə "Mançester Siti”ni tərk etməyəcəyini söyləyib.

Xəbər lenti