"Barselona” yeni transferini açıqlayıb.
Katalonlar "Leqanes”in hücumçusu Martin Breytveyti transfer edib. 28 yaşlı futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
Bu keçid "Barselona” 18 milyon avroya başa gəlib.Danimarka millisinin üzvünün sərbəst qalma dəyəri 300 milyon avro müəyyənləşdirilib.
Breytveybu mövsüm La Liqada 24 oyunda 6 qol vurub.
La Liqa rəhbərliyi "Barselona"ya İspaniyada yeni futbolçu almaq üçün əlavə 15 gün vaxt vermişdi.