Xəzər Xəbər

Səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək

İdman | 10:17 • 19 Fevral 2020
Səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək

Fevralın 19-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək.


Xezerxeber.az xəbər verir ki, mərhələnin ikinci oyun günündə birinci həftənin oyunlarına yekun vurulacaq.


İtaliyanın "Atalanta” komandası İspaniyanın "Valensiya” komandasını qəbul edəcək. Meydan sahiblərinin heyətində itki yoxdur. "Yarasalar”da isə müdafiəçi Kristiano Piççini və yarımmüdafiəçi Manu Vellexo zədəlidir. Qapıçı Yasper Sillessen, yarımmüdafiəçi Denis Çerışev və hücumçu Kevin Qameyronun matçda iştirakı sual altındadır.


Günün digər qarşılaşmasında "Tottenhem” İngiltərədə Almaniyanın "Leyptsiq” klubunu qəbul edəcək. London klubunda yarımmüdafiəçi Mussa Sissoko və hücumçu Harri Keynin zədə səbəbindən oyunu buraxacağı dəqiqdir. Qonaqlarda isə itkilər daha çoxdur. Müdafiəçilər Villi Orban ilə İbrahim Konate, yarımmüdafiəçilər Teyler Adams ilə Kevin Kampl zədəli olduqları üçün qarşılaşmada iştirak etməyəcəklər.

Xəbər lenti