Xəzər Xəbər

İtaliya A Seriyası: Ante Rebiçin qolu “Milan”a qələbə qazandırıb

İdman | 10:43 • 18 Fevral 2020
İtaliya A Seriyası: Ante Rebiçin qolu “Milan”a qələbə qazandırıb
Futbol üzrə İtaliya A Seriyasının 24-cü turuna yekun vurulub. 

Xezerxeber.az xəbər verir ki, turun son görüşündə "Milan” öz meydanında "Torino” komandasını qəbul edib. "San Siro” stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıb - 1:0.

Oyunda yeganə qolun müəllifi 25-ci dəqiqədə Ante Rebiç olub.

Bu qələbədən sonra xal ehtiyatını 35-ə çatdıran "Milan” turnir cədvəlində altıncı yerə yüksəlib. "Torino” isə 27 xalla 14-cü yerdə qərarlaşıb.

Xəbər lenti