Xəzər Xəbər

“Qarabağ” klubu “Zirə”ni darmadağın edib

İdman | 17:05 • 15 Fevral 2020
 “Qarabağ” klubu “Zirə”ni darmadağın edib

Fevralın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start verilib.


Xezerxeber.az xəbər verir ki, açılış görüşündə turnir cədvəlinin lideri "Qarabağ” səfərdə "Zirə” komandasının qonağı olub.


Görüş ağdamlıların 6:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ”ın heyətində Bədavi Hüseynov (4), Xayme Romero (11), Mahir Emreli (14), Ailton Silva (28), Abdullah Zubir (61) və Maqali Qeye (85) fərqləniblər.

Qarşılaşmanın 68-ci dəqiqəsində "Zirə”nin kapitanı Cavid Hüseynov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu qələbədən sonra xal ehtiyatını 38-ə çatdıran "Qarabağ” əsas izləyicisi, bir oyun az keçirən "Neftçi”dən 11 xal irəlidədir.

"Zirə” isə 20 xalla 5-ci yerdə qərarlaşıb.

Xəbər lenti