Xəzər Xəbər

Güləşçilərimizdən Avropa çempionatında UĞURLU NƏTİCƏ

İdman | 10:49 • 12 Fevral 2020
Güləşçilərimizdən Avropa çempionatında

Azərbaycan yunan-Roma güləşçisi İslam Abbasov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

XəzərXəbər-in məlumatına görə, 87 kq çəki dərəcəsində yer alan 24 yaşlı pəhləvan 3-cü yer uğrunda görüşdə litvalı Eyvidas Stankeviçyusu məğlubiyyətə uğradıb - 6:2.

Beləliklə, Azərbaycan millisi günü 1 qızıl, 2 bürünc medalla başa vurub. Daha əvvəl Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, İslam Abbasov Avropa çempionatında mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, əvvəlcə belaruslu Kiril Maskeviçi 3:2, 1/8 finalda polşalı Arkadiuş Kuliniçi 3:1, 1/4 finalda bolqarıstanlı Tarek Mohammed Abdelsalamı 4:3 (tuşe) hesabı ilə yendiyi halda, yarımfinalda macarıstanlı Viktor Lorintsə uduzub - 1:6.

Xəbər lenti