Xəzər Xəbər

Françesko Tottinin yeni işi

İdman | 13:30 • 11 Fevral 2020
Françesko Tottinin yeni işi

"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti yeni iş yeri yaradıb.

İtaliyalı veteran hücumçu 2 skaut agentliyi qurub. Yeni şirkət Tottinin rəhbərliyi ilə gənc futbolçuları üzə çıxarmağa çalışacaq. Bundan əlavə, agentlik klub və futbolçulara məsləhət verəcək.

43 yaşlı futbol adamı karyerasını bitirdikdən sonra "Roma"da direktor vəzifəsində çalışırdı. O, 2019-cu ilin yayında rəhbərliklə anlaşmadığı üçün istefa vermişdi.

Xəbər lenti