Xəzər Xəbər

"Yuventus" Dibala ilə bağlı qərar verdi

İdman | 13:25 • 11 Fevral 2020
"Yuventus" Dibala ilə bağlı qərar verdi

"Yuventus" hücumçusu Paulo Dibalanın müqaviləsini uzadacaq.

Turin klubunun idman direktoru Fabio Paratiki bu barədə məlumat verib:

"Yuventus"un "10 nömrə"si Paulodur. O, çox ağıllı oyunçudur. Dibalanın nə qədər dəyərli olduğunu anlayırıq. Yaxın gələcəkdəonunla yeni müqavilə imzalayacağımızı düşünürəm. Yanvar ayından danışıqlar gedir. Anlaşdığımızı söyləyə bilərəm. Mövsümün sonuna qədər açıqlama verəcəyik".

"Yuventus" 26 yaşlı futbolçunu 2015-ci ildə "Palermo"dan 40 milyon avroya transfer edib. Dibala bu mövsüm 29 oyunda 11 qol vurub, 11 assist edib.

Xəbər lenti

Çox oxunanlar