Xəzər Xəbər

Mxitaryanın "Roma" və "Arsenal" kitabı bağlandı

İdman | 12:13 • 11 Fevral 2020
Mxitaryanın "Roma" və "Arsenal" kitabı bağlandı

İtaliyanın "Roma" klubu "Arsenal"dan icarəyə götürdüyü Henrix Mxitaryanın transfer hüququna yiyələnmək istəyir.

"The Sun" xəbər verir ki, "canavarlar" satın alma şərti ilə heyətinə qatdığı futbolçu üçün 23 milyon avro ödəmək istəmir.

Erməni yarımmüdafiəçi mövsümün sonunda "Arsenal"a qayıdacaq. Lakin 31 yaşlı futbolçu "Arsenal"ın baş məşqçisi Mikel Artetanın gələcək planlarına daxil deyil. Bu səbəbdən London təmsilçisi Mxitaryanı satacaq.

2018-ci ildə "Mançester Yunayted"dən "Arsenal" keçən Henrixin müqaviləsi 2021-ci ilin yayında sona çatır.

Xəbər lenti