Xəzər Xəbər

"Çelsi" Arrisabalaqanı Onana ilə əvəzləmək istəyir

İdman | 15:14 • 10 Fevral 2020
"Çelsi" Arrisabalaqanı Onana ilə əvəzləmək istəyir

Kepa Arrisabalaqadan narazı olan "Çelsi"nin baş məşqçisi Frenk Lempard yeni qapıçının alınmasını istəyir.

"The Sun" xəbər verir ki, London təmsilçisi "Ayaks"ın qolkiperi Andre Onananı rənglərinə bağlamaq üçün hərəkətə keçib. 23 yaşlı qapıçı İngiltərə Premyer Liqasına üz tutmaq fikrindədir. Bu keçid üçün "Çelsi"nin 34 milyon funt-sterlinq təzminat ödəməyə hazır olduğu qeyd edilib.

"Samuel Eto" akademiyasında futbola başlayan Kamerun millisinin üzvü 2015-ci ildə "Barselona"nın aşağı yaş qruplarından "Ayaks"a keçib.

Xəbər lenti