"Everton”un baş məşqçisi Karlo Ançellotti maraqlı açıqlama ilə diqqət çəkib.
"SKY Sport”a açıqlama verən italiyalı məşqçi "Liverpul”un çempion olacağını iddia edib. Ançellotti əzəli rəqiblərinin onların meydanlarında çempionluq sevincini yaşamalarını istəmədiyini bildirib:
"Düşünürəm ki, "Liverpul” Premyer Liqanı qazanacaq. Ümid edirəm ki, bunu "Qudison Park”da elan etməzlər. Çoxlu stadionlar var, niyə bizim arenada?”