Xəzər Xəbər

“Liverpul” yarımmüdafiəçisi ilə müqaviləni artırmayacaq

İdman | 12:00 • 8 Fevral 2020
“Liverpul” yarımmüdafiəçisi ilə müqaviləni artırmayacaq

İngiltərənin "Liverpul” klubunun futbolçusu Adam Lallana komandanı tərk edəcək.


Anlaşması mövsümün sonunda başa çatacaq yarımmüdafiəçi ilə yeni müqavilə imzalanmayacaq.


31 yaşlı futbolçu yayda azad agent statusuna yiyələnəcək. Onun xidmətində isə "Arsenal”, "Tottenhem” və "Lester” maraqlıdır.


A.Lallana 2014-cü ildə "Sauthempton”dan 31 milyon avroya transfer olunub. Cari mövsümdə 19 matça çıxan yarımmüdafiəçi 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Xəbər lenti