Xəzər Xəbər

Türk futbolçu “Tottenhem” və “Milan”ın radarında

İdman | 19:00 • 7 Fevral 2020
Türk futbolçu “Tottenhem” və “Milan”ın radarında

İtaliyanın "Roma” klubunda çıxış edən Türkiyə millisinin üzvü Cengiz Ünder transfer bazarında aktivlik yaratmağa davam edir.

Türk hücumçunu transfer etmək üçün İngiltərənin "Tottenhem” və İtaliyanın "Milan” klubu hərəkətə keçib.

"Tottenhem”in baş məşqçisi Joze Mourinyo Cengizi heyətində görmək istədiyini bildirib.

"Milan” isə İspaniyanın "Sevilya” klubuna icarəyə verdiyi Susonun əvəzinə türkiyəli hücumçunu transfer etmək istəyir.

Qeyd edək ki, bu mövsüm 17 matçda çıxış edən Cengiz Ünder cəmi 2 qol vura bilib.

Xəbər lenti