Xəzər Xəbər

“Neftçi”dən “Qalatasaray”a şok – Türk mediası yazdı

İdman | 17:46 • 7 Fevral 2020
“Neftçi”dən “Qalatasaray”a şok

Türkiyənin "Qalatasaray” futbol klubunun oyunçusu Jesse Sekidikanın Azərbaycanın "Neftçi” klubu tərəfindən yoxlanıldığı, amma bəyənilmədiyi ortaya çıxıb.

Bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Sekidikanın keçmiş klubu "Eskişehirspor”a transferindən əvvəl Azərbaycan klubuna təklif olunduğu, məşqlərə qatıldığı, amma komandanın texniki heyəti tərəfindən bəyənilmədiyi bildirilib.

Oyunçunun "Eskişehirspor”dan "Qalatasaray”a transferindən sonra "Neftçi” mütəxəssislərinin "Biz Jesse Sekidikada nəyi görmədik?, "Qalatasaray” kimi bir klub transfer etdi, biz niyə bəyənmədik?” sualları türk komandasında şok effekti yaradıb.

"Eskişehirspor”un prezidenti Mustafa Akgörən isə Sekidikanın borclarını ödəyə bilmədiyi üçün "Qalatasaray”a getdiyini deyib.


Xəbər lenti