Xəzər Xəbər

Messidən sonrakı “Barselona” necə olacaq? Qvardiola danışdı

İdman | 15:05 • 7 Fevral 2020
Messidən sonrakı “Barselona” necə olacaq?

"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, Lionel Messinin gedişindən sonra "Barselona” çətinliklərlə üzləşəcək.

Xarici KİV xəbər verir ki, o deyib:

"Ronaldo "Real”dan getdikdən sonra biz belə bir problemi gördük. Çünki bu cür yüksək səviyyəli futbolçular komandaları üçün vacibdirlər. Messi də "Barselona”dan getdikdən sonra komandaya onsuz adaptasiya üçün vaxt lazım olacaq. Bu oğlanlar mövsümdə 40-50 qol vururlar. Ona görə də çətinliklər qaçılmazdır”./publika.az

Xəbər lenti