Xəzər Xəbər

“Real Madrid” Mbappe üçün kisənin ağzını açdı – DODAQUÇURAN TƏKLİF

İdman | 15:00 • 6 Fevral 2020
“Real Madrid” Mbappe üçün kisənin ağzını açdı

İspaniya nəhəngi "Real Madrid” mövsümün sonunda Fransanın paytaxt təmsilçisi PSG-dən Kilian Mbappeni transfer etmək üçün hərəkətə keçib.

İspaniya təmsilçisi 21 yaşlı fransız hücumçu üçün 200 milyon avro təklif etməyi planlaşdırıb.

Ötən həftə PSG-nin "Monpelye”ni 5-0 məğlub etdiyi matçda maraqlı anlar yaşanıb. Matçın 68-ci dəqiqəsində baş məşqçi Tuçelin Mbappeni İkardi ilə əvəz etməsi futbolçunun hiddətinə səbəb olub. Tuçel qəzəbli oyunçu ilə danışmağa cəhd etsə də, gənc ulduz aqressiv davranış sərgiləyərək ehtiyat skamyasında yer alıb.

Tuçel hadisə ilə bağlı verdiyi açıqlamada "bir nəfər kimin oyundan çıxacağını və ya oyuna kimin girəcəyinə qərar verməlidir. Həmin şəxs isə mənəm” ifadələrinə yer verib. Mbappe isə öz növbəsində üzr istəməyəcyini bildirib.

Bu hadisədən sonra fransız ulduzun "Real Madrid”ə keçidi daha real görünür.

Xəbər lenti