Xəzər Xəbər

Türkiyə kuboku: “Qalatasaray” səfərdə “Alanyaspor”a məğlub olub

İdman | 08:34 • 6 Fevral 2020
Türkiyə kuboku: “Qalatasaray” səfərdə “Alanyaspor”a məğlub olub

Futbol üzrə Türkiyə kubokunun dörddəbir final mərhələsinin üçüncü oyununda "Qalatasaray” komandası səfərdə "Alanyaspor”un qonağı olub.


Xezerxeber.az xəbər verir ki, oyuna fəal başlayan Alanya təmsilçiləri 20-ci dəqiqədə Tasos Bakasetasın vurduğu qol sayəsində hesabı açıblar. Birinci hissə elə bu hesabla bitib -0:1. Matçın 55-ci dəqiqəsində Junior Fernandes "Alanyaspor”un ikinci qolunu vurub. Beləliklə, "Qalatasaray” səfər matçında "Alanyaspor”a 2:0 hesabı ilə məğlub olub.


Türkiyə Kubokunun dörddəbir final mərhələsinin son görüşü - "Antalyaspor”-"Sivasspor” fevralın 6-sı olacaq. Komandaların cavab oyunları isə fevralın 11, 12 və 13-də baş tutacaq.


Qeyd edək ki, ötən gün keçirilən Türkiyə kubokunun dörddəbir final mərhələsinin birinci görüşündə "Trabzonspor” doğma meydanda "Ərzurumspor”U 5:0 hesabı ilə darmadağın edib. Günün birinci matçında isə "Fənərbağça" səfərdə "Kirklarelispor"a 0:3 hesabı ilə qalib gəlib.

Xəbər lenti