Xəzər Xəbər

Ötən həftə sağalmışdı, yenə zədələndi "Barselona"ya pis xəbər

İdman | 14:13 • 4 Fevral 2020
Ötən həftə sağalmışdı, yenə zədələndi

"Barselona"nın futbolçusu Usman Dembele yenə zədələnib.

İspaniya mətbuatı xəbər verir ki, ötən həftə zədəsini sağaldaraq komanda ilə məşqlərə başlayan fransalı yarımmüdafiəçi belindəki narahatlıq səbəbindən hazırlığı yarımçıq tərk edib.

Qeyd edək ki, U.Dembele ötən il noyabrın 27-i Çempionlar Liqasının qrup mərhələsində keçirilən Dortmund "Borussiya"sı ilə matçda zədələnmişdi. O, indiyə kimi heç bir matçda iştirak etməyib.

Xəbər lenti