Xəzər Xəbər

Məmmədyarov nüfuzlu yarışı yarımçıq tərk etdi - ÜZÜCÜ SƏBƏB

İdman | 18:05 • 3 Fevral 2020
Məmmədyarov nüfuzlu yarışı yarımçıq tərk etdi - ÜZÜCÜ SƏBƏB

Beynəlxalq dərəcəli qrossmeyster Şəhriyar Məmmədyarov "Gibraltar Masters 2020” turnirində mübarizəni yarımçıq dayandırdığını açıqlayıb.

Buna səbəb Məmmədyarovun allergik xəstəliyi olub.

Bu barədə şahmatçı sosial media hesabında izləyicilərinə məlumat verib: "Təəssüflər olsun ki, yarışı yarımçıq buraxmaq məcburiyyətində qaldım. Təşkilatçılara minnətdaram ki, bu günə qədər yanımda oldular. Əsasən də baş təşkilatçı Stuart Conquestə təşəkkürümü bildirirəm. Artıq "Gibraltar”ı tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə...”

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Gibraltar Masters 2020”turnirinin sonuna 2 tur qalmış - 29 yanvarda yarışı tərk etmişdi./publika.az

Xəbər lenti