Xəzər Xəbər

"Yuventus" "Liverpul"un müdafiəçisi üçün rekord məbləğ təklif etdi

İdman | 16:06 • 3 Fevral 2020
"Yuventus" "Liverpul"un müdafiəçisi üçün rekord məbləğ təklif etdi

İngiltərənin "Liverpul" klubunun futbolçusu Vircil van Deyk karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

"Yuventus" 28 yaşlı müdafiəçini yayda 150 milyon funt sterlinqə almağa hazırdır.

"Qoca Sinyora" hesab edir ki, hollandiyalı oyunçu komandaya Çempionlar Liqasında kömək etməyə qadirdir. Beləliklə, van Deyk ikinci dəfə dünyanın ən yaxşı müdafiəçisi sayıla bilər.

Qeyd edək ki, "Liverpul" Vircil van Deyki 1 yanvar 2018-ci ildə İngiltərə "Sautgempton"undan 84,65 milyon avroya alıb. Bununla da hollandiyalı oyunçu futbol tarixində ən bahalı legionerə çevrilib. 5 avqust 2019-cu ildə bu rekordu "Lester"dən "Mançester Yunayted"ə 87 milyon avroya keçən Harri Maquayr qırıb.

Xəbər lenti