Xəzər Xəbər

Ronaldo karyerasında 150-ci penaltini vurub

İdman | 17:56 • 2 Fevral 2020
Ronaldo karyerasında 150-ci penaltini vurub

İtaliya A seriyasının XXII turunda "Fiorentina"nı qəbul edən "Yuventus" ikinci hissəsi gedən görüşdə 1:0 hesabı ilə öndədir.


Turin təmsilçisi hələlik Kriştianu Ronaldonun 40-cı dəqiqədə penaltidən vurduğu qol sayəsində rəqibini üstələyir.


Florensiya klubunun müdafiəçisi Herman Petseli cərimə meydanında topa əllə müdaxilə etdiyi üçün baş hakimin təyin etdiyi onbirmetrlik zərbəni portuqaliyalı qola çevirib. Bu, Ronaldonun karyerası ərzində yerinə yetirdiyi 150-ci penalti olub. 34 yaşlı superulduz bu zərbələrdən yalnız 25-ni qola çevirə bilməyib.


Ronaldo, eyni zamanda A seriyasında qollarının sayını 18-ə çatdıraraq bombardirlər yarışında ikinci pilləyə yüksəlib. Zirvədə 23 qolla "Latsio"nun forvardı Çiro İmmobile qərarlaşıb.

Xəbər lenti