Xəzər Xəbər

Avstraliya İran idmançılarına viza verməkdən imtina edib

İdman | 16:44 • 2 Fevral 2020
Avstraliya İran idmançılarına viza verməkdən imtina edib

İranın idman gimnastikası üzrə yığma komandası fevralın 20-də Avstraliyanın Melburn şəhərində keçiriləcək dünya çempionatında iştirak etməyəcək.


İran gimnastları dünya çempionatında iştirak etmək hüququ qazansalar da, Avstraliya iranlı idmançılara viza verməkdən imtina edib. Avstraliya rəsmi qaydada bəyan edib ki, İran idmançılarına viza verilməyəcək.


İranın Gimnastika Federasiyası problemin həll edilməsi üçün Gənclər və İdman, eləcədə Xarici İşlər nazirliklərinə müraciət edib. (AZƏRTAC)

Xəbər lenti