Xəzər Xəbər

“Mançester Yunayted” ardıcıl üçüncü oyundur qələbə qazana bilmir

İdman | 10:18 • 2 Fevral 2020
“Mançester Yunayted” ardıcıl üçüncü oyundur qələbə qazana bilmir

Fevralın 1-də futbol üzrə İngiltərə Premyer Liqasında 25–ci turun ilk oyun gününün son qarşılaşması keçirilib.

Xezerxeber.az xəbər verir ki, "Mançester Yunayted” "Old Trafford” stadionunda "Volverhemton” komandasını qəbul edib.

Görüş ərzində bir neçə təhlükəli epizod yaransa da hesab açılmayıb.

"Mançester Yunayted” ardıcıl üçüncü, "Volverhemton” isə ikinci dəfədir Premyer Liqada qələbə qazana bilmir.

Bu heç-heçədən hər iki komanda aktivinə 35-ci xalı yazaraq turnir cədvəlində altıncı və yeddinci yerləri bölüşürlər.

Xəbər lenti