Xəzər Xəbər

“Sassuolo” “Roma”nı məğlub edib

İdman | 09:59 • 2 Fevral 2020
“Sassuolo” “Roma”nı məğlub edib

Fevralın 1-də futbol üzrə İtaliya A Seriyasında 22-ci turun oyunlarına start verilib.


Xezerxeber.az xəbər verir ki, turun ilk oyun günün gözlənilməz hesabı "Mapei” stadionunda qeydə alınıb.


"Sassuolo” klubu doğma azarkeşlər önündə çempionatın favoritlərindən sayılan "Roma” komandasını qəbul edib.


Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.


"Roma” hazırda 39 xalla dördüncü, "Sassuolo” isə 26 xalla 13-cü yerdə qərarlaşıb.


Turun ilk oyun günündə "Bolonya” öz meydanında "Breşiya”nı məğlun edib (2:1), "Kalyari” - "Parma” oyununda isə qalib müəyyənləşməyib (2:2).


Turun digər oyunları fevralın 2-3-də keçiriləcək.

Xəbər lenti