Xəzər Xəbər

Nigeriyalı hücumçu "Mançester Yunayted"də

İdman | 15:08 • 1 Fevral 2020
Nigeriyalı hücumçu "Mançester Yunayted"də

"Mançester Yunayted" hücum xəttinə yeni oyunçu alıb.

Premyer Liqa klubu Çinin "Şanxay Şenhua" klubunun hücumçusu Odion İqalonu rənglərinə bağlayıb. 30 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında "qırmızı şeytanlar"da çıxış edəcək.

Nigeriya millisinin üzvü 2017-ci ildə 23 milyon avro qarşılığında "Uotford"dan Çinin "Çanqçan Yatay" klubuna keçmişdi. İqalo 2019-cu ildə "Şanxay Şenhua"ya transfer olmuşdu. Hücumçu Çində 72 oyuna 46 qol vurub.

Xəbər lenti