Xəzər Xəbər

Əmrə Mor Yunanıstan klubunda RƏSMİ

İdman | 15:03 • 1 Fevral 2020
Əmrə Mor Yunanıstan klubunda

"Qalatasaray"ın futbolçusu Əmrə Mor Yunanıstanın "Olimpiakos" klubuna keçib..

Afina təmsilçisi 22 yaşlı vingeri müqavilə ilə məxsus olduğu "Selta"dan icarəyə götürüb.

"Olimpiakos" bu keçid üçün təzminat ödəməyib. Paytaxt təmsilçisi6 milyon avro ödəyib, türk oyunçunun transfer hüququna sahib ola bilər.

Türkiyə millisinin üzvü "sarı-qırmızılar"da keçirdiyi 17 oyunda qol və assistlə yadda qalmayıb.

"Qalatasaray" Əmrə Moru 2019-cu ilin yayında "Selta"dan 600 min avro qarşlığında 1 illik icarəyə götürmüşdü. "Selta" isə 22 yaşlı vingeri 2017-ci ildə "Borussiya"dan 13 milyon avroya transfer etmişdi.

Xəbər lenti