Xəzər Xəbər

Amrabatı 20 milyona transfer etdilər

İdman | 14:28 • 1 Fevral 2020
Amrabatı 20 milyona transfer etdilər

İtaliyanın "Fiorentina" klubu yeni transferini açıqlayıb.

Florensiyalılar "Verona"nın yarımmüdafiəçisi Sofyan Amrabatı 20 milyon avroya transfer edib. 23 yaşlı futbolçu iyulda "Fiorentina"ya qoşulacaq.

"Verona" Mərakeş millisinin üzvünü "Brügge"dən 3 milyon avroya transfer etmişdi. Sofyanın böyük qardaşı Nordin Amrabat Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Nəsr"də çıxış edir.

Xəbər lenti