"Barselona" yeni transferini açıqlayıb.
XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, katalonlar "Palmeyras"ın yarımmüdafiəçisi Mateus Fernandesi transfer edib. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
"Barselona" bu keçid üçün 7 milyon avro təzminat ödəyib. Daha 3 milyon avro isə bonuslar şəklində Braziliya klubuna veriləcək.
İspaniya nəhəngi braziliyalı futbolçuya 300 milyon avroluqsərbəst qalma qiyməti qoyub.
"Palmeyras" Mateusu ötən il "Botafoqo"dan 4 milyon avroya transfer etmişdi.