Xəzər Xəbər

Kavani yeni klubunda tibbi baxışdan keçdi

İdman | 15:59 • 27 Yanvar 2020
Kavani yeni klubunda tibbi baxışdan keçdi

Edinson Kavaninin "Atletiko”ya keçidi reallaşmaq üzrədir.

"Footmercato” nəşri xəbər verir ki, 32 yaşlı uruqvaylı hücumçu Madrid klubunda tibbi baxışdan da keçib. Bir müddət əvvəl "Atletiko”nun Kavaniyə görə 15+3 milyon avro ödəyəcəyi, parislilərin isə 20 milyon avro tələb etdiyi barədə xəbərlər dolaşırdı. Amma uruqvaylının yayda müqavilə müddətinin başa çatması və getmək istəməsi PSJ-ni qarşı tərəflə razılaşmağa məcbur edib.

Xatırladaq ki, Kavani 2013-cü ildı 64,5 milyon avroya "Napoli”dən PSJ-yə keçib və Paris klubunun heyətində 293 oyunda 198 qol vurub./Offsideplus.az

Xəbər lenti