Xəzər Xəbər

Messi La Liqa tarixinə düşdü

İdman | 17:54 • 20 Yanvar 2020
Messi La Liqa tarixinə düşdü

İspaniya La Liqasının 20-ci turunun matçında "Barselona” "Qranada"nı1:0 hesabı ilə məğlub edib.

Görüşdə yeganə qolu Lionel Messi vurub. Bu, onun 2020-ci ildə İspaniya çempionatında vurduğu birinci qol olub. Argentinalı 16 təqvim ili boyunca İspaniya çempionatında qol vurmuş birinci oyunçu olub.

Qeyd edək ki, yalnız "Yuventus"un hücumçusu Kriştianu Ronaldo (18 il), "Verona"nın hücumçusu Campaolo Passini (17 il) və fransız "Bordo”sun forvard Cimmi Brian (17 il) hazırda yüksək nəticəyə malikdirlər.

"Barselona" bu qələbədən sonra 43 xalla İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir.

Xəbər lenti